19 Sentyabr 2024 18:27
2023-cü ildə cinayət törətmiş 14-29 yaşda olan gənclərin sayı 6 869 nəfər olub.
Metbuat.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, onlardan 107 nəfəri 14-15, 387 nəfəri 16-17, 2 506 nəfəri 18-24, 3 869 nəfəri isə 15-29 yaşında olub.
Həmçinin göstərilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə 25 006 nəfər cinayət törədən şəxs aşkar olunub, onların da 6 869 nəfəri və ya 27,5 faizi 14-29 yaşda olan gənclərdir.
Cinayət törədən 14-29 yaşda olan gənclərin 46,6 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 27,7 faizi iqtisadi sahədə, 22,3 faizi şəxsiyyət əleyhinə, 3,4 faizi isə cinayəti digər sahələrdə törədiblər.