29 Sentyabr 2024 23:47
Sabiq Baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclası keçirilib.
Metbuat.az modern.az-a istinadən xəbər verir ki, iclasda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.
İdarə Heyəti P. Hüseyn tərəfindən onun sədrlikdə qalmaqda davam etməsinə qərar qəbul edib.
Eyni zamanda İH 2025-ci il ərzində (lakin bir ildən gec olmayaraq) AXP- nin növbədənkənar qurultayını çağırılması haqqında AXP sədri P. Hüseynin təklifini qəbul edib.
Xatırladaq ki, parlament seçkilərindən sonra Pənah Hüseyn istefasının gündəmə hələ biləcəyini demişdi.