METBUAT.AZ

Ölkə

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

24 Sentyabr 2024 14:24

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Metbuat.az PX-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.