10 Sentyabr 2024 10:27
Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.
Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.
Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.