METBUAT.AZ

Dünya

​Peruda meşə yanğınlarında 15 nəfər öldü

17 Sentyabr 2024 12:14

Peruda meşə yanğınları zamanı 15 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə rəsmiləri məlumat yayıb.

Bildirilib ki, Perunun müxtəlif bölgələrində iyul ayından bəri davam edən meşə yanğınlarında 15 nəfər həyatını itirib, 3 min hektardan çox kənd təsərrüfatı sahəsi yanıb.

Səlahiyyətlilər yanğınlar nəticəsində 98 nəfərin xəsarət aldığını, 334 iribuynuzlu heyvanın tələf olduğunu, ən azı 3 min hektar əkin sahəsinin və təbii ərazilərin külə döndüyünü bildirib.

Qeyd olunub ki, ölkədəki 24 bölgədən 22-si bu yanğınlardan zərər çəkib.


metbuat.az.