12 Sentyabr 2024 10:20
Perunun keçmiş prezidenti Alberto Fuximori 86 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.
Bildirilib ki, keçmiş prezident uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkir.
Qeyd edək ki, Alberto Fuximori 1990-2000-ci illərdə rəhbərlik edib. İnsan haqlarının pozulmasında təqsirli bilinərək 2009-cu ilin aprelində 25 il müddətinə azadlıqdan məhrum edilib.