METBUAT.AZ

Dünya

Pezeşkian ABŞ-yə gedir

17 Sentyabr 2024 16:34

İran prezidenti Məsud Pezeşkian ABŞ-yə səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-a yola düşəcək.

Məlumata görə, Pezeşkian çıxışında İranın müxtəlif məsələlərlə bağlı fikir və mövqelərinə toxunacaq.

Müxtəlif ölkələrin yüksək rütbəli rəsmiləri, eləcə də ABŞ-də yaşayan iranlılarla bir sıra görüşlər də nəzərdə tutulub.


metbuat.az.