METBUAT.AZ

Siyasət

Prezidentin səs verdiyi dairənin deputatı kim oldu?

2 Sentyabr 2024 18:53

Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin son nəticələri açıqlanıb.

Metbuat.az News24.az-a istinadən bildirir ki, parlament seçkilərində Prezident İlham Əliyevin səs verdiyi dairədən Nigar Arpadari qalib gəlib. O, böyük səs üstünlüyü ilə deputat mandatını qazanaraq Milli Məclisin üzvü olub. Arpadari seçkilər boyunca apardığı kampaniya və verdiyi vədlərlə seçicilərin etimadını qazanmağı bacardı.

Nigar Arpadari parlamentdəki fəaliyyətində xalqın maraqlarını qoruyacağını və verdiyi bütün vədləri yerinə yetirəcəyini bildirib. Bu nəticə ölkədə demokratik seçki prosesinin uğurunu və xalqın iradəsini ortaya qoyur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparıb.


metbuat.az.