METBUAT.AZ

İdman

PSJ-yə "Arsenal"la oyun öncəsi

30 Sentyabr 2024 22:09

"Pari Sen-Jermen"nin (PSJ) Çempionlar Liqasının ikinci həftəsində Arsenal ilə qarşılaşacağı oyunda Usman Dembele iştirak etməyək.

Metbuat.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike Dembelenin əsas heyətə daxil etmədiyini deyib.

"Bu mövzunu uzatmaq istəmirəm. Sadəcə onun komanda qarşısında olan məsuliyyətləri ilə bağlı problem yaşandı. Mən komanda üçün ən yaxşısını istəyirəm, bu səbəbdən onu heyətə daxil etmədim. Aramızda hər hansı bir problem yoxdur", - baş məşqçi bildirib.

Enrike əlavə edib ki, əgər futbolçu qaydalara əməl etmirsə, bu onun əhəmiyyətli matça hazır olmadığı deməkdir.

Qeyd edək ki, PSJ Arsenal ilə çərşənbə axşamı günü Londonda qarşılaşacaq.


metbuat.az.