METBUAT.AZ

Siyasət

Putinin səfir təyin etdiyi əslən azərbaycanlı qadın kimdir?

13 Sentyabr 2024 15:24

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli rusiyalı releaparıcı İradə Zeynalovanı səfir təyin edib.

Metbuat.az onun dosyesini təqdim edir:

İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur.

Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib.

Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. 1997-ci ildən bəri televiziyada işləyir.

21 iyul 2017-ci il tarixində Yegor Kolyvanov və Sergey Malozyomovla birlikdə 'Vladimir Putinlə ciddi söhbət' verilişinə rəhbərlik edir.

İradə Zeynalova iki dəfə ailəli olub.



metbuat.az.