4 Sentyabr 2024 12:43
"Qalatasaray"ın Serxio Oliveyra ilə yollarını ayırdığı iddia edilib.
Metbuat.az bildirir ki, Okan Burukun planları arasında olmayan Serxio Oliveyra üçün yunan mətbuatı tərəfindən təəccüblü transfer iddiası ortaya atılıb. Xəbərə görə, "Olimpiakos" Serxio Oliveyranı transfer edib.
Xəbərdə portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandığı bildirilib. Transfer üçün İstanbul təmsilçisinə nə qədər ödəniləcəyi bildirilməyib.
Qeyd edək ki, "Qalatasaray" Serxio Oliveyranı 2022-23 mövsümünün əvvəlində "Porto"dan 3 milyon avroya transfer edib. 32 yaşlı futbolçunun "sarı-qırmızılar"la daha 2 illik müqaviləsi var idi.