METBUAT.AZ

İdman

"Qalatasaray"dan növbəti transfer bombası -

4 Sentyabr 2024 10:50

2 mövsüm əvvəl 70 milyon avroya “Real Madriddən "Mançester Yunayted"ə transfer olan Kazemironun "Qalatasaray"a gedəcəyi iddia edilib.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunu transfer etmək üçün hərəkətə keçib. “TBR Futbol”un xəbərinə görə, "Mançester Yunayted"ə transferindən sonra əsas heyətdə az yer alan Kazemiro İngiltərə klubunu tərk etmək istəyir. İddialara görə, futbolçu özü də Türkiyəyə transfer olmaqda maraqlıdır. "Qalatasaray"ın "Mançester Yunayted"lə 2026-cı ilə qədər müqaviləsi olan Kazemironu icarə əsasında heyətinə qatmaq istədiyi bildirilib.

Xəbərdə yüksək maaşa görə futbolçu ilə müqavilə bağlamağın asan olmayacağı vurğulanır. "Mançester Yunayted"in Casemironu buraxmağa açıq olduğu qeyd edilib. “Mançester Yunayted”də 87 matça çıxan ulduz futbolçu 12 qol vurub və 9 məhsuldar ötürmə verib.


metbuat.az.