METBUAT.AZ

İdman

​“Qalatasaray” macərası qısa çəkəcək -

27 Sentyabr 2024 12:14

İcarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhen mövsümün ortasında Avropa nəhəngi ilə müqavilə imzalaya bilər.

Metbuat.az xəbər verir ki, onun yenidən İtaliyaya qayıdacağı irəli sürülür. İtaliya mətbuatında yer alan xəbərə görə, A Seriyasının nəhəngi "Yuventus" Viktor Osimhenin transferi üçün hərəkətə keçib. "Yuventus"un "Napoli"yə 75 milyon avro təklif etdiyi irəli sürülür.

Bununla belə, "Yuventus" transferə Viktor Osimhen “Qalatasaray”dakı performansına görə yekun həmləsini edəcək. Məlumata görə, "Yuventus"la yanaşı, "Arsenal"da oyunçu ilə maraqlanır.


metbuat.az.