2 Sentyabr 2024 12:47
Sol cinah müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray"ın "Monako"nun seneqallı futbolçusu İsmayıl Yakobsu transfer etdiyi bildirilib.
Metbuat.az bildirir ki, Fransanın "L'equipe" qəzetinin xəbərinə görə, "Monako" 3 il əvvəl 6,5 milyon avroya aldığı Yakobsu sarı-qırmızılılara icarəyə verəcək. "Qalatasaray"ın Seneqallı sol cinah müdafiəçisi üçün 1 milyon avro icarə haqqı ödəyəcəyi, futbolçunun satış qiymətinin isə 7,5 milyon avro olacağı deyilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu axşam saatlarında İstanbula gedib. İsmayıl Yakobs bu mövsüm Liqa 1-də "Monako"nun keçirdiyi hər iki matçda 90 dəqiqə meydanda olub.