METBUAT.AZ

İdman

"Qalatasaray" Zahadan sonra onu da itirir

2 Sentyabr 2024 15:19

"Qalatasaray"da Vilfred Zahadan sonra Hakim Ziyeş də klubdan ayrıla bilər.

Metbuat.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Futbolçu "Adana Demirspor"a qarşı matçdan sonra özəl təyyarə ilə Adanadan ayrılıb. Avropa və Səudiyyə Ərəbistanından təkliflər alan Ziyeş İstanbul klubundan getmək istədiyini deyib.

Yunan mediasına görə, "Olimpiakos" Ziyeşin keçidində maraqlıdır. Artıq futbolçu ilə transfer görüşmələrinin başlandığı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Ziyeşi "Çelsi"dən transfer etmişdi.


metbuat.az.