24 Sentyabr 2024 19:05
Qarabağ Azərbaycan torpağıdır.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının nümayəndəsi Fəxrəddin Altun deyib.
O, bildirib ki, Ankara bu həqiqəti bir daha diqqətə çatdırır.
F.Altun, həmçinin söyləyib ki, terrorizmlə mübarizə aparılmalı, terror təşkilatlarına fərq qoyulmamalıdır: “Bunun üçün səmimi və effektiv beynəlxalq həmrəyliyə ehtiyac var”.
O, Türkiyənin Yaxın Şərqdəki müharibənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da diqqətə çatdırıb.