26 Sentyabr 2024 10:11
Bu gün UEFA Avropa Liqasında I turun növbəti doqquz qarşılaşması keçiriləcək.
Metbuat.az xəbər verir ki, ikinci oyun günündə "Qarabağ" Londonda "Tottenhem"la qarşılaşacaq. Ounu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Diqqət çəkən oyunlardan biri Türkiyənin "Fənərbağça" klubunun Belçikanın "Royal Union" komandası ilə matçı olacaq. Eyni zamanda, İsveçin "Malmö" klubu Şotlandiyanın "Reyncers" komandası ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Günün digər maraqlı oyunları saat 23:00-da start götürəcək. Bu qarşılaşmalar arasında "Ayaks"ın "Beşiktaş"la, "Roma"nın isə "Atletik Bilbao" ilə oyunları xüsusi maraq doğurur.
Xatırladaq ki, UEFA Avropa Liqasının II turunun oyunları oktyabrın 3-də başlayacaq.
26 Sentyabr
UEFA Avropa Liqası
I Tur
Saat 20:45, "Fənərbağça" - "Royal Union"
Saat 20:45, "Malmö" - "Reyncers"
Saat 23:00, "Ayaks" - "Beşiktaş"
Saat 23:00, "Roma" - "Atletik Bilbao"
Saat 23:00, "Braqa" - "Makkabi Tel-Əviv"
Saat 23:00, "Ayntraxt Frankfurt" - "Viktoria Plzen"
Saat 23:00, FCSB - RFŞ
Saat 23:00, "Lion" - "Olimpiakos"
Saat 23:00, "Tottenhem" - "Qarabağ"