METBUAT.AZ

İdman

“Qarabağ” “Səbail”i məğlub etdi

14 Sentyabr 2024 21:40

Bu gün Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində növbəti oyun baş tutub.

Metbuat.az xəbər verir ki, son çempion “Qarabağ” “Səbail”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

“Köhlən atlar”ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubla imza atıb. Paytaxt təmsilçisində yeganə qolun müəllifi isə Fərid Nəbiyev olub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.


metbuat.az.