METBUAT.AZ

İdman

“Qarabağ” “Zirə”ni evində

1 Sentyabr 2024 22:47

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, son oyun günündə bir oyun baş tutub.

Günün yeganə oyunu “Zirə” ilə çempion “Qarabağ” arasında keçirilib. Ağdam klubu səfərdən inamlı qələbə ilə qayıdıb.

Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Turan Tovuz” – “Səbail”i 1:0 hesabıyla məğlub yola salıb. “Sumqayıt” evdə “Araz-Naxçıvan”a (0:1), “Kəpəz” “Sabah”a (2:3) uduzub. “Şamaxı” – “Neftçi” matçı isə qolsuz bitib – 0:0.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.


metbuat.az.