METBUAT.AZ

Dünya

Qazaxıstan Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi

5 Sentyabr 2024 16:38

Qazaxıstan Ukraynadakı vətəndaşlarına gərginliyin artması ilə əlaqədar ölkəni tərk etməyi tövsiyə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Bildirilib ki, Respublika vətəndaşları Qazaxıstana qayıtmaq üçün quru yollardan - Polşa və ya Moldovadan keçib, daha sonra kommersiya hava nəqliyyatına keçə bilərlər.

Qeyd olunub ki, Polşaya daxil olmaq üçün Şengen vizası lazımdır, Moldovaya daxil olmaq üçün isə viza tələb olunmur, deyə diplomatik nümayəndəlik aydınlaşdırıb.

Səfirlik həmçinin insanları hava hücumu siqnalları səsləndikdə dərhal sığınacaqlara getməyə, öz təhlükəsizlik tədbirlərinə riayət etməyə və rəsmi orqanların tövsiyələrinə əməl etməyə çağırıb.


metbuat.az.