16 Sentyabr 2024 21:43
Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (AES) öz aralarında ortaq pasport sistemi tətbiq edəcək.
Metbuat.az xəbər verir ki, AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Goita, AES-in yaradılmasının birinci ildönümü ilə əlaqədar açıqlamasında belə deyib. O bildirib ki, əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün belə qərar verilib. Bu həm də üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq. Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita AES-in regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu bildirib.
Qeyd edək ki, Mali, Niger və Burkina Faso ötən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxaraq, Sahel Dövlətləri Alyansını (AES) qurublar.