9 Sentyabr 2024 15:41
“Microsoft” şirkətinin həmtəsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts yeni ölümcül virusların təhlükəsi barədə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Qeyts iqlim dəyişikliyinin yeni virusların yaranmasına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, virusların əksəriyyəti, o cümlədən HİV, Ebola və COVID-19 kimi təhlükəli viruslar heyvanlardan əmələ gəlib.
Qeyts qeyd edib ki, HİV insanlara Afrikada şimpanzelərdən, Ebola və COVID-19 virusları isə yarasalardan keçib.
Milyarder vurğulayıb ki, iqlim dəyişikliyi səbəbindən heyvanların təbii yaşayış mühitinə insanların təcavüzü güclənir və bu, yeni virusların yayılması üçün ideal şərait yaradır.
Geyts xəbərdarlıq edib ki, ekosistemlərin məhv edilməsi insanları yeni xəstəliklərə qarşı daha həssas edir.