METBUAT.AZ

Dünya

Qəzza zolağında İsrail helikopteri qəzaya uğradı

11 Sentyabr 2024 13:01

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki İsrail əsgəri həlak olub, daha yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.


metbuat.az.