METBUAT.AZ

Dünya

Qəzzada ölənlərin sayı bu qədər oldu

3 Sentyabr 2024 16:16

İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı 40 min 819-a çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı isə 94 min 291-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


metbuat.az.