22 Sentyabr 2024 12:54
İranın şərqində yerləşən Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.
Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı İSNA agentliyi məlumat yayıb. Partlayış nəticəsində 30 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.
Qəzanın səbəbi olaraq mədənin B və C bloklarında metan qazının partlaması göstərilib. Partlayış zamanı mədənin içində ümumilikdə 69 işçinin olduğu bildirilib.
Məlumata görə, partlayış 250 metr dərinlikdə baş verib. Partlayışdan sonra yanğın qeydə alınmayıb.