METBUAT.AZ

Dünya

"Qonşu ölkələr rus raketlərini vurmalıdır" -

2 Sentyabr 2024 14:23

"Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələr NATO-nun müqavimətinə baxmayaraq, Rusiya raketlərini hava məkanına daxil olmamışdan əvvəl vurmalıdır".

Metbuat.az bildirir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, Rusiya raketlərinin vurulmasının NATO-nu müharibəyə sürükləyə biləcəyi riskinə baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur:

"NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətindən üstün deyil - bu, bizim konstitusiya məsuliyyətimizdir. Şəxsən mən inanıram ki, düşmən raketləri bizim hava məkanımıza doğru irəlilədikdə, onları vurmaq qanuni özünümüdafiə olardı, çünki onlar hava məkanımızı keçəcəklər".


metbuat.az.