METBUAT.AZ

İdman

Qurban Qurbanov futbolçuları belə sevindirdi

3 Sentyabr 2024 22:03

“Qarabağ”da bayramdır.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Zirə” ilə oyundan sonra yetirmələrinə 4 gün dincəlmək imkanı yaradıb.

Sentyabrın 1-dəki matçdan sonra istirahətə buraxılan komanda üzvləri sentyabrın 6-da bir araya gələcək.

İyuldan bu yana ağır qrafik altında məşq və oyunlara çıxan top ustaları üçün bu xəbər göydəndüşmə olub.

7 futbolçu Azərbaycan millisinə, 1 nəfər U-19-a, daha 1 nəfər Kabo-Verde yığmasına cəlb olunduğundan, baş məşqçi məhdud heyətlə hazırlıq keçəcək. Elə buna görə də fasilə müddətində yoldaşlıq görüşünün keçirilməsinə maraqlı deyil. Ən yaxşı halda əvəzedici komanda ilə oyun keçiriləcək. Lakin bu da dəqiq deyil.

“Köhlən atlar” Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”i qəbul edəcək. Sentyabrın 14-də “Azərsun Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq


metbuat.az.