METBUAT.AZ

Gündəm

Ramiz Məmmədov vəzifəsindən azad edildi

24 Sentyabr 2024 22:36

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı əmrə əsasən, Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan MR sədrinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ramiz Gülməmməd oğlu Məmmədovun Naxçıvan MR Ali Məclisinin deputatı seçilməsi muxtar respublikanın Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.


metbuat.az.