METBUAT.AZ

İdman

"Real"ın əsas hədəfi bilindi -

10 Sentyabr 2024 08:25

Heyətini gücləndirmək üçün səylərini davam etdirən "Real Madrid" "Arsenal"ın ulduzunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real” müdafiə xəttinə futbolçu transfer etmək üçün hərəkətə keçib. İspaniyanın "Fichajes" nəşrinin məlumatına görə, “Real” "Arsenal"da yaxşı mövsüm keçirən Salibanı transfer etmək üçün fəaliyyət göstərir. Bildirilir ki, "Real Madrid" "Arsenal"ın "Aston Villa"ya 2:0 hesabı ilə qalib gəldiyi oyuna Salibanı izləmək üçün skautlar göndərib. “Real” futbolçunun komandaya uyğun olub-olmayacağını daha yaxşı anlamağa çalışır. “Real” futbolçunun çıxışından razı qalıb.


metbuat.az.