METBUAT.AZ

İdman

"Real" "Liverpul"un ulduzu üçün pusquda dayanıb

26 Sentyabr 2024 08:25

"Real Madrid"in gündəmində olduğu deyilən "Liverpul"un ulduzu Trent Alexander-Arnold transfer söz-söhbətlərindən danışıb.

Metbuat.az xəbər verir ki, futbolçunun müqaviləsi 2025-ci ildə yekunlaşır. Jurnalistlərə açıqlama verən müdafiəçi bunları deyib: "Düzünü desəm, ən önəmlisi kuboklardır. Mən kuboklar qazanmaq istəyirəm. Mən uğur qazanmaq və elit olmaq üçün çox motivasiyalı bir oyunçuyam. Bu, hər şeydə əsas amildir”.

Trent Alexander-Arnold hazırda “Liverpul”un futbolçusu olduğunu deyib və müqaviləni uzadıb-uzatmayacağı barədə danışmayıb. İddialara görə, Alexander-Arnold “Liverpul”a xəbərdarlıq edərək, kuboklar qazanmaq istəyinin karyerası barədə qərarında əsas amil olacağını deyib.


metbuat.az.