METBUAT.AZ

İdman

"Real Madrid"in transfer planı üzə çıxdı -

4 Sentyabr 2024 12:48

Mbappeni heyətinə qatan "Real Madrid" növbəti mövsümün transfer planını müəyyən edib.

Metbuat.az xəbər verir ki, İspaniyanın AS qəzetindəki xəbərdə "Real Madrid"in növbəti yay transfer dövrü üçün transfer prioriteti olaraq Alfonso Devis və Rodrini təyin etdiyi bildirilib. "Bavariya" ilə müqaviləsinin son ilinə qədəm qoyan Alfonso Devisi bu il heyətinə qatmaq istəyən "Real Madrid" futbolçu ilə anlaşsa da, "Bavariya"nı razı sala bilməyib.

"Real Madrid"in Mbappe kimi Devisi transfer haqqı olmadan heyətinə qatacağı deyilir 2024-cü il Avropa çempionatının ən dəyərli futbolçusu seçilən Rodri isə madridlilər üçün əsas hədəfdir.

"Mançester Siti" ilə müqaviləsi 2027-ci ildə başa çatacaq Rodrinin qarşısında iki seçim var. İspan futbolçunun "Mançester Siti" ilə müqaviləsini yeniləyəcəyi və ya "Real Madrid"ə transfer oluna biləcəyi qeyd edilib.


metbuat.az.