METBUAT.AZ

İdman

Rekordların adamı Ronaldo -

2 Sentyabr 2024 12:18

Kriştiano Ronaldonun yutub kanalı rekordlar qırmağa davam edir.

Metbuat.az xəbər verir ki, Ronaldonun əsasən şəxsi həyatı ilə bağlı videoların yer aldığı kanal bir həftə ərzində 50 milyon abunəçiyə çatıb. Meydandan kənarda da rekordlar qırmağa davam edən futbolçunun instaqramda 636 milyon, feysbukda isə 188 milyon izləyicisi isə var.

Ronaldo 112 milyondan çox abunə ilə X-də ən çox izləyicisi olan idmançıdır. Futbolçunun yutub kanalının belə tez abunə yığması yutuberlər üçün sürpriz olub.Ronaldonun kanalı bir həftə ərzində 50 milyon abunəçiyə çatıb və yutub tarixində bu mərhələyə belə tez çatan birinci kanal olub. Ronaldonun yutub kanalı işə düşdükdən cəmi 90 dəqiqə sonra bir milyon abunəçiyə çataraq daha bir yutub rekordu qırmışdı. Portuqaliyalı futbolçunun kanalı bir neçə gün ərzində 23 video (15 video və səkkiz qısa video) ilə 300 milyondan çox baxış toplayıb.


metbuat.az.