METBUAT.AZ

İdman

Ronaldo "Bernabeu"ya qayıdır -

9 Sentyabr 2024 11:09

"Real Madrid"in prezidenti Florentino Peres Kriştiano Ronaldo üçün əlamətdar oyun təşkil etmək istəyir.

Metbuat.az xəbər verir ki, peşəkar karyerasında 900-cü qolunu vuran portuqaliyalı "Real Madrid" üçün əfsanəvi futbolçu hesab olunur.Peres Ronaldonu tarix yazdığı "Santyaqo Bernabeu"ya qaytararaq onu mükafatlandırmaq istəyir. Məlumata görə, Ronaldonun forma geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klub "Real Madrid"lə yoldaşlıq oyunu keçirəcək. Beləliklə, Ronaldo yenidən “Real Madrid” azarkeşləri önündə oynayacaq və futbolçu üçün layiq olduğu vida oyunu təşkil ediləcək. Bununla həmçinin, Kilian Mbappe uşaqlıq kumiri Kriştiano Ronaldo ilə yenidən bir araya gələcək.

Qeyd edək ki, “Real Madrid” bunu 2013-cü ildə Raul üçün də edib.


metbuat.az.