METBUAT.AZ

İdman

Ronaldo qol vurdu, komandası qələbə qazandı

27 Sentyabr 2024 22:24

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun qol vurduğu matçda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının V turunda qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, doğma meydanda “Əl-Vəhda” kollektivini qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Görüşdə hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə Kriştianu Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirməklə matçda yekun hesabı müəyyənləşdirib.

Qeyd alınan nəticənin ardından “Əl-Nəsr” məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdıraraq, 11 xalla 2-ci yerdə qərarlaşıb. “Əl-Vəhda” kollektivi isə 4 xalla və 11-ci pillədə yer alıb.


metbuat.az.