METBUAT.AZ

İdman

Ronaldo üsyan etdi -

6 Sentyabr 2024 12:05

Kriştiano Ronaldo karyerası ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Ronaldo milli komandada oynamaq və Millətlər Liqasını qazanmaq üçün motivasiyalı olduğunu bildirib. Ronaldo yaşının çox olmasına baxmayaraq, hələ də milli komandada oynaması ilə bağlı tənqidlərə də cavab verib. Ronaldo bildirib ki, o, milliyə töhfə verə bilməyəcəyini hiss etsə, getmkə barədə qərarı ilk özü verəcək. “Tənqid olmasa, irəliləyiş də olmaz. Həmişə belə olub” deyən futbolçu, əvvəllər Millətlər Liqasında qalib gəldiklərini xatırladaraq, eyni uğuru təkrarlamaq istədiklərini ifadə edib.

Qeyd edək ki, Kriştiano Ronaldo karyerasında 900-cü qoluna imza atıb. Ronaldo buna Xorvatiya ilə oyununda imza atıb.


metbuat.az.