METBUAT.AZ

İdman

Ronaldonun məşqçisi qovuldu

17 Sentyabr 2024 22:10

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəssr" klubunun portuqaliyalı baş məşqçi Luis Kastro istefaya göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamada Luis və köməkçilərinə göstərdikləri fədakar əməyə görə təşəkkür edilib və onlara gələcəkdə uğurlar arzulanıb.

Qeyd edək ki, heyətində Kriştiano Ronaldo, Sadio Mane, Taliska və Aymerik Laporte kimi ulduzların yer aldığı "Əl-Nəssr" Luis Kastronun rəhbərliyi altında 54 matçda 36 qələbə qazanıb, 9 matçda heç-heçə edib və 9 matçda məğlub olub.


metbuat.az.