METBUAT.AZ

Dünya

Rus səfir ölümdən döndü

22 Sentyabr 2024 21:12

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.

Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.


metbuat.az.