METBUAT.AZ

Dünya

Rusiya bundan xəbərdar imiş -

20 Sentyabr 2024 11:08

"Rusiya hərbi komandanlığı Ukraynanın Kursk bölgəsini işğalını gözləyirdi və bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb".

Metbuat.az "The Guardian" nəşrinə istinadən bildirir ki, bunu Kursk vilayətində ələ keçirilmiş sənədlər sübut edir:

"Sənədlərin bəziləri müxtəlif bölmələrə göndərilən çap sifarişləri, digərləri isə konkret mövqelərdə baş verən hadisələri və problemləri qeyd edən əlyazma jurnallardır. Ən erkən qeydlər 2023-cü ilin sonuna, ən son sənədlər isə hücumdan cəmi altı həftə əvvələ aiddir".

4 yanvara aid olan sənədlərdən birində Ukrayna ordusunun “dövlət sərhədini yarmaq imkanından” bəhs edilib və istənilən hücumu dəf etmək üçün hazırlıqların gücləndirilməsi əmri verilib. Martın ortalarında isə sərhəddəki bölmələrə Ukraynanın transsərhəd hücumuna hazırlıq məqsədilə müdafiə xətlərini gücləndirmək və əlavə təlimlər təşkil etmək tapşırılıb.

Qeyd edək ki, Ukraynanın Kurska hücumu 6 avqustda başlayıb.


metbuat.az.