METBUAT.AZ

Dünya

Rusiya ərazisində bu hədəflər vurulacaq -

9 Sentyabr 2024 17:16

Ukrayna ordusunun komandanı Aleksandr Sırski Kiyevin Rusiya ərazisində Qərb silahlarından istifadə icazəsi aldıqda hansı hədəfləri vuracaqlarını açıqlayıb.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, Sırski Qərbin uzaqmənzilli silahlarından istifadənin əsas vəzifəsinin düşmənin raket silahları ilə mübarizə aparmaq olduğunu deyib. Onun sözlərinə görə, Rusiyadakı anbarlar, silah bazaları, ordu üçün yanacaq saxlanılan yerlər əsas hədəf olacaq.

Eyni zamanda o, Ukrayna hərbçilərinin mülki şəxslərə qarşı deyil, Rusiya ordusuna qarşı döyüşdüyünü vurğulayıb.


metbuat.az.