METBUAT.AZ

Dünya

Rusiya Harrisi dəstəkləyəcək -

5 Sentyabr 2024 12:56

Kremlin favoriti ABŞ-nin hazırkı prezidenti Co Bayden olub.

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) plenar iclasda çıxış edərkən deyib.

“Prezidenti müəyyən etmək bizim işimiz deyil. Bu, Amerika xalqının seçimidir. Bizim favoritimiz indiki prezident cənab Bayden idi. O, seçkidən kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Biz də bunu edəcəyik. Harrisi dəstəkləyəcəyik.

Rusiya prezidenti qeyd edib ki, indi yenidən dövlət başçısı postuna iddialı olan ABŞ-ın 45-ci prezidenti Donald Tramp ondan əvvəl heç bir Amerika prezidentinin tətbiq etmədiyi qədər sanksiya tətbiq edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Əvvəlcə Co Bayden seçkilərdə iştirak etməyi planlaşdırsa da, sonradan namizədliyini geri götürüb.


metbuat.az.