11 Sentyabr 2024 12:34
Kursk vilayətində Rusiya hərbçiləri 10-a yaxın yaşayış məntəqəsini azad edib.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu Axmat xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib:
“Bizim vəziyyətimiz yaxşıdır. Dünən və bu gün Kursk bölgəsində ümumilikdə 10-a yaxın yaşayış məntəqəsi azad edilib”.
Qeyd edək ki, sentyabrın 10-da Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.