10 Sentyabr 2024 15:12
Kreml ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kəmalə Harris arasında keçiriləcək debatı izləməyəcək.
Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Xeyr, biz izləməyi planlaşdırmırıq və nəyisə gözləmək bizim işimiz deyil, bu, amerikalı seçicilərin işidir".
Qeyd edək ki, debat bu gün Filadelfiyada keçiriləcək və "ABC News" tərəfindən yayımlanacaq.