METBUAT.AZ

Dünya

Rusiya və Ukrayna əsir mübadiləsi apardı

14 Sentyabr 2024 14:53

Bu gün Rusiya və Ukrayna arasında 103 əsirin mübadiləsi baş tutub.

Metbuat.az bildirir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub.

Rusiya tərəfinə qaytarılanların Kurskda əsir düşən hərbçilər olub, onlar psixoloji və tibbi müayinədən keçirilib.


metbuat.az.