METBUAT.AZ

İqtisadiyyat

Rusiyada avtomobil satışı kəskin artdı

4 Sentyabr 2024 17:24

Mərkəzi ofisi Rusiyada yerləşən Avropa Müəssisələri Assosiasiyası (AEB) bu ilin 8 ayında avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artdığını açıqlayıb.

Metbuat.az bildirir ki, açıqlamada avqust ayında avtomobil satışlarının keçən ilin eyni dövrünə görə 34 faiz artaraq 155 min 277 ədədə çatdığı və bunun son 10 ilin ən yüksək səviyyəsi olduğuna diqqət çəkilib.

AEB-yə bağlı Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev məsələni dəyərləndirərkən, "Bu artımın arxasında bəzi səbəblər var. Xüsusilə 2022-ci ilin fevral ayından sonra bazarda təklif kəsiri olsa da, bu, əhəmiyyətli bir artım yaratdı. Bu kəsir yeni modellər sayəsində bağlanır." deyib.

Kalitsev qüvvəyə minəcək yeni vergilər səbəbiylə vətəndaşların avtomobil alışlarını sürətləndirdiyini deyib.


metbuat.az.