METBUAT.AZ

Dünya

Rusiyada helikopter qəzaya uğradı -

17 Sentyabr 2024 09:46

Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfər olan helikopter itkin düşüb .

Metbuat.az TASS-a istinadən xəbr verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb.

Nazirlikdən verilən məlumata görə, axtarışlar davam edir. Axtarışlara Mi-8 helikopteri də cəlb olunub.


metbuat.az.