METBUAT.AZ

İdman

Saley finala çıxdı -

7 Sentyabr 2024 13:23

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edərək, finişə 58.16 saniyəyə çatıb.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Xatırladaq ki, Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında finişə 1:00:67 dəqiqə nəticə ilə çataraq ikinci olub və gümüş medal qazanıb. O, sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üzmə üsulunda isə 53.65 nəticə göstərərək bürünc mükafata layiq görülüb.


metbuat.az.