1 Sentyabr 2024 11:31
Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.
Metbuat.az titul.az-a istinadən xəbər verir ki, qadın müğənni özünü "toy sahibi" kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb.
Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə "Sənin həyat yoldaşın yazıqdır", - ifadəsi ilə odun üstünə "benzin töküb".
Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr işlədərək restoranı tərk edib.
Sözügedən qalmaqal videonu təqdim edirik: