METBUAT.AZ

Dünya

Seçilsə, UNO-larla bağlı görüntüləri yayımlayacaq

5 Sentyabr 2024 11:59

Donald Tramp amerikalı podkaster Lex Fridmanla bir saatlıq müsahibəsində maraqlı vədlər verib.

Metbuat.az bildirir ki, Fridman Trampa "Pentaqon bir neçə UNO (uçan naməlum obyekt) videosu yayımladı, qırıcı pilotların lətifələri var. İnsanlar daha çox görüntünün dərc olunmasını istəyir. Pentaqonu bu mövzuda təşviq edərdinizmi?" sualını verib. Tramp isə cavabında bunu mütləq edəcəyini deyib.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl də UNO-lardan danışaraq, başqa planetlərdə həyatın ola biləcəyini, lakin buna tam inanmadığını bildirmişdi.


metbuat.az.