METBUAT.AZ

Siyasət

"Seçkidə ajiotaj yaradan qeyri-adi hal olmayıb" -

16 Sentyabr 2024 13:03

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilər zamanı ümumilikdə ajiotaj yaradan qeyri-adi hal olmayıb.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, ciddi qanun pozuntusu özünü göstərmədi: "Dünyanın istənilən ölkəsində müəyyən namizədlərin bəzi xoşagəlməz hərəkətləri olur. Təəssüf ki, bizdə də belə faktlar oldu. Pozuntu hallarını da digər namizədlərin müraciəti əsasında aşkar edirdik. 125 dairənin barmaqla sayıla bilən hissəsində belə hallar olurdu".

O qeyd edib ki, seçicilər tərəfindən də hər hansı xoşagəlməz halın səsləndirilməsi çox az idi: "Müəyyən xoşagəlməz hay-küy, çəkişmələrin olması mənzərəsini yaratmaq istəyənlər var idi. Bizim üçün əsas faktlardır".


metbuat.az.