METBUAT.AZ

Hadisə

Şəkidə avtomobil ağaca çırpıldı -

22 Sentyabr 2024 09:01

Şəkidə ağır yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, sentyabrın 22-də saat 00:05 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü Elnur Mustafayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Araşdırma aparılır.


metbuat.az.